Hadisə

“Azəriqaz”a yeni baş direktor təyin olundu — AÇIQLAMA (FOTO)

“Azəriqaz”a yeni baş direktor təyin olundu — AÇIQLAMA (FOTO)

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib.

R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Demokrat.az

D
demokrat.az