Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
Demokrat.azbu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.
"Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - İB bildirir.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi1 200kubmetr olan hissə üçün1kubmetr təbii qazın tarifi0,5qəpik (yarım qəpik,4,2%) artırılaraq12qəpikdən12,5qəpik həddində,1 200kubmetrdən2 500kubmetrədək olan hissə üçün2qəpik (10%) artırılaraq20qəpikdən22qəpik,2 500kubmetrdən çox olan hissə üçün5qəpik (20%) artırılaraq25qəpikdən30qəpik məbləğində təsdiqlənib.
Həmçinin,1kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə1,3qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir. -48% abonent üzrə -32qəpik, -39% abonent üzrə - 1 manat 43 qəpik, -13% abonent (daha çox istehlak edən) üzrə -7manat46qəpik.
Göründüyü kimi, əhalinin48%-i üçün1kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə -0,5qəpik (yarım qəpik,4,2 %) artırılıb. Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi2qəpik (12,1%) artırılaraq16,5qəpikdən18,5qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə1kubmetr təbii qazın tarifi2qəpik (9%) artırılaraq22 qəpikdən24qəpik həddində müəyyənləşdirilib.
Qərar yanvarın 2-dən qüvvəyə minib.


