Siyasət

Bu gündən qüvvəyə minən qərarlar

Bu gündən qüvvəyə minən qərarlar

Yola saldığımız 2024-cü ildə ölkəmizdə bir çox sosial-iqtisadi hadisələr baş verdi, mühüm dəyişikliklər yaşandı.

2025-ci ildə sosial-iqtisadi əlaqələrin daha da yaxşılaşması üçün bir çox qanun və qərarlar qəbul olunub.

Demokrat.az Oxu.az-a istinadənbunlardan 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minənqərarları təqdim edir:

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinəmaliyyə sanksiyasıtətbiq ediləcək.

Həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Bu gündən qüvvəyə minən qərarlar

Bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti və bir sıra əlavə mis məmulatları üzrə ixracrüsumları uzadılır.

Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır. Həmin tarixədək mis məmulatlarına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.

Eyni zamanda, ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır.

Vergi Məcəlləsinə ediləndəyişikliyə əsasən,Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı bu il yanvarın 1-dən səkkiz il müddətinə ƏDV-dən azad edilir.

Vergi Məcəlləsinə edilən digərdəyişikliyəəsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən beş il müddətinə torpaq vergisindən azad edilirlər.

Vergi Məcəlləsinə edilən daha birdəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha iki il müddətinə uzadılır.

Bu gündən qüvvəyə minən qərarlar

Prezidentİlham Əliyev"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.Qaydalar2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkinsubsidiyaları artırılacaq.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbuluQaydası" təsdiq edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən "Buğda ununa dair sanitariya norma və qaydaları" və "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqındaqərar qəbul edilib.

"Gömrük tarifi haqqında"Qanunda bu gündən qüvvədədir.

Sənədə əsasən, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.

Prezidentİlham ƏliyevƏhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqındaSərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

NE
Nihadə Eyyubova