Dünya Özəl

Səkkiz Avropa ölkəsi Gürcüstanı təkrar seçkilər keçirməyə çağırıb

Səkkiz Avropa ölkəsi Gürcüstanı təkrar seçkilər keçirməyə çağırıb

Baltikyanı və Şimali Avropa ölkələri Gürcüstanı yenidən parlament seçkiləri keçirməyə çağırıb.

Demokrat.az xəbər verir ki, Danimarka, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya, İsveç və İslandiyanın xarici işlər nazirləri Tbilisiyə bəyənat ünvanlayıb.

Onlar Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığını pisləyiblər.

Daha sonra onlar Gürcüstanı yenidən parlament seçkiləri keçirməyə çağırıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova