Gündəm

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verildi

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.

xəbər verir ki, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

D
demokrat.az