Gündəm

"İki aya təqaüdə çıxacaqdı, özünü fəda edib insanları qurtardı" — İqor Kşnyakinin dostu

İki aya təqaüdə çıxacaqdı, özünü fəda edib insanları qurtardı — İqor Kşnyakinin dostu

“Onunla üç gün əvvəl görüşmüşdük. Bu səfərdən qayıdan kimi yenidən görüşəcəkdik”.

DemokratazAPA-ya istinadla xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.

O, İqor Kşnyakinin mükəmməl və pozitiv insan olduğunu vurğulayıb: “Son anda özünü fəda edərək insanları xilas etdi. İşindən danışmağı sevmirdi. İki aya təqaüdə çıxmaq vaxtı tamam olacaqdı, lakin bu barədə heç fikirləşmirdi”.

NE
Nihadə Eyyubova