Azərbaycan Mərkəzi Bankı (AMB) iki fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Demokrat.azbu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bu qərar dekabrın 24-də "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısını təqdim edirik:
| № | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | Ləğvin hüquqi əsası |
| 1 | Əliyeva Nərgiz Şirin qızı | 28.11.2023 | SA-0304 | "Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.1-ci maddə |
| 2 | Seyfullayeva Qızqayıt Canbaba qızı | 18.02.2010 | 000328 | "Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.3-cü maddə |


