Region Özəl

Ərdoğan Suriyadakı terror təşkilatlarına son qoyacağına söz verdi

Ərdoğan Suriyadakı terror təşkilatlarına son qoyacağına söz verdi

Suriyadakı kürd qüvvələri ya silahlarını yerə qoyacaqlar, ya da dəfn olunacaqlar.

Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadakı terror təşkilatlarını, xüsusilə İslam Dövlətini və Kürdüstan Fəhlə Partiyasını darmadağın etməkdə qərarlıdır.

“Terrorçular ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar. Kürd qardaşlarımızla aramızda qan divarı hörməyə çalışan terror təşkilatını məhv etməyə davam edirik

Ərdoğan qeyd edib ki, terrorçu qruplar Suriya, İraq və Türkiyə üçün ciddi təhlükə mənbəyidir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova