Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib. Bu yeni məhsul sərfəli şərtlərlə alış-veriş etməklə yanaşı, yüksək qənaət imkanı təklif edir.
36 AYADƏK TAKSİT, 3 AYLIQ GÜZƏŞT MÜDDƏTİ
Artıq müxtəlif üstün funksiyalar üçün ayrı-ayrı kartlar əldə etməyə ehtiyac yoxdur. Çünki Kartmane Taksit kartı debet, keşbek, kredit, taksit funksionallıqlarını özündə birləşdirir. İstər böyük məbləğli alış-verişlərdə, istərsə də, kiçik xərclərin ödənişini rahat şəkildə etmək üçün kart 36 aya qədər taksit imkanı verir. Hər ay müntəzəm olaraq müəyyən məbləğdə ödəniş ilə xərcləri rahatlıqla planlamaq mümkündür. Daha rahat alış-veriş imkanı üçün kart sahibləri 3 aylıq güzəşt müddətindən də faydalana biləcək.
- 100% NAĞDLAŞDIRMA İMKANI
- 14 FƏRQLİ KATEQORİYA ÜZRƏ KEŞBEK
- ÖLKƏ XARİCİNDƏ DƏ SƏNİNLƏ
Kartmane Taksit Kartı qazandıracağı keşbeklər, taksit imkanları və nağdlaşdırma funksiyaları ilə daha sərfəli, qənaətli və rahat bir alış-veriş təcrübəsi üçün sizi gözləyir. Kartı əldə etmək istəyənlər, Rabitəbankın filiallarına yaxınlaşaraq və ya linkə keçid edərək https://rbt.az/krdcard rəsmi sayt üzərindən onlayn müraciət edə bilərlər.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


