“Bakı şəhərinin perspektiv planı nəzərə alınmaqla Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyasına qədər yeni yolun tikintisinə başlanacaq. Layihənin əsas məqsədi əhalinin gediş-gəlişində baş verən ləngimələrin aradan qaldırılmasıdır. Bakının genişləndirilmiş baş planında əsasən bu problemlərə yer ayrılıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
O bildirib ki, “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyası ətrafından paralel “Koroğlu” metrostansiyasına qədər olan bu yol sıxlığı aradan qaldıracaq:

Qeyd edək ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
Əfsanə Kamal Demokrat.az


