Dünya

Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi — Biri təslim oldu

Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi — Biri təslim oldu

Suriyanın şimalındakı “Barış Pınarı” əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusu, İraqın şimalında “Pəncəli kilid” əməliyyatı bölgəsində isə 2 PKK terrorçusu zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, əməliyyatlar davam etdirilir.

Həmçinin Şanlıurfa vilayətində terror təşkilatı PKK-nın məsul şəxsi olduğu iddia edilən və təşkilatın sui-qəsdçiləri arasında yer alan qadın terrorçu təhlükəsizlik qüvvələrinin cəhdləri nəticəsində təslim olub. (Yeniavaz.com)

NE
Nihadə Eyyubova