Tez-tez ətrafımızda, marketdə, metroda, parkda və s özünü yerə atıb, ağlayan, dayanmadan qışqıran, hətta valideyninə əl qaldıranazyaşlılarıgörürük. İstədikləri nəsə olmayanda və valideyn onlara “yox” deyəndə adətən bu yollara baş vurub, istəklərini həyata keçirməyə çalışırlar.
Bu hərəkətlərə qarşı müəyyən dərəcədə səbrli olmağa çalışan valideynlərlə yanaşı, uşağın bu davranışını daha da aqressivləşənlər də var. Uşaqların bu aqressiyalarının səbəbləri insanlar tərəfindən müxtəlif cür səciyyələndirilir. Məsələn, bununərköyünlükdən, izlədikləri cizgi filmlərdən, hətta yedikləri yeməklərdən belə irəli gəldiyini düşünənlər var.
Bəs əslində səbəb nədir?
Mövzu ilə bağlıBizim.Media-ya açıqlama verən psixoloq Aynur İsmayılova uşaqların bu davranışlarını birbaşa valideynlərinin hərəkətləriylə əlaqələndirib:
“Məsələn, uşaq valideynin istədiyini etməyəndə valideyn onun üstünə qışqırır və yaxud aqressivləşib, əşyaları ətrafa atır. Bu da uşağın ağlında qalır. O düşünür ki, inadlaşarkən bu hərəkətləri etmək lazımdır”.
Psixoloq vurğulayıb ki, uşaqların yaş dövrünə məxsus inadlaşmaqayrı məqamdır və onu qırmaq olmaz:
“Biz diqqət etməliyik ki, 4 yaşına qədər uşaqların inadkarlığını qırmaq olmaz, onun başını qata, digər tərəfə yönləndirə bilərik. Çünki uşağın inadlaşmağı normaldır, bu onun xarakterinin formalaşdığını göstərir”.
Aynur İsmayılovanın sözlərinə görəvalideynlərən çox öz hərəkətlərinə diqqət etməli, öz aqressiyalarını necə yönəltməli olduqlarını bilməlidirlər ki, uşaqlar da aqressiv böyüməsinlər:
“Yəni, valideyn öz mental, psixoloji sağlamlığını qorusa, uşaqda heç bir aqressiv davranış müşahidə etmək olmaz”.


