Sosial

“O, bunun əsasını elə qoydu ki, uzun illər o sistemə hansısa müdaxilə mümkün olmadı...”

“O, bunun əsasını elə qoydu ki, uzun illər o sistemə hansısa müdaxilə mümkün olmadı...”

“Heyf ki, uzun müddət onun bacarıqları, təcrübəsi tətbiq olunmadı, amma heç olmasa ölümündən sonra qiymətini vermək lazımdır, çünki Azərbaycana ilk dəfə test üsulunun gəlişi dövlət qərarıydısa, onun ümumi olaraq tətbiq olunmasında Vurğun Eyyubun böyük rolu var”

Bunuaçıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Vurğun Eyyub adına təqaüd proqramının təsis edilməsi haqda danışarkən deyib. A.Əliyev bunu çox yüksək qiymətləndirdiyini bildirib:

“Təbii ki, Vurğun Eyyub adına təqaüd proqramının təsis edilməsini yüksək qiymətləndirirəm. Heyf ki, uzun müddət onun bacarıqları, təcrübəsi tətbiq olunmadı, amma heç olmasa ölümündən sonra qiymətini vermək lazımdır, çünki Azərbaycana ilk dəfə test üsulunun gəlişi dövlət qərarıydısa, onun ümumi olaraq tətbiq olunmasında Vurğun Eyyubun böyük rolu var. O, ilk addımından bunun əsasını elə qoydu ki, uzun illər o sistemə hansısa müdaxilə mümkün olmadı. Bunun üçün o, çox böyük zəhmət çəkmişdi və az qalsın testlərin çemadanlarını da özü daşıyırdı. O, bu dərəcədə işin həyata keçirilməsi üçün fədakarlıq göstərirdi. Sonrakı mərhələdə də Vurğun ictimai münasibətlərdə, təhsil sahəsində, özünün bir insan kimi davranışında o, çox böyük qiytmətə layiq idi və yaxşı ki, heç olmasa bu qiymət ona hansısa formada verildi”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edən və ötən ay dünyasını dəyişən Vurğun Eyyub adına təqaüd proqramı təsis edilib. Təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verən Vurğun Eyyubun adını yaşatmaqdır.

D
demokrat.az