Gündəm

Nazir: Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə onun büstü qoyulacaq

Nazir: Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə onun büstü qoyulacaq

Düşünürəm ki, bu, burada oxuyan şagirdlər üçün, müəllimlər üçün böyük bir hadisədir.

APAxəbər verir ki, bunubu günAzərbaycanın Milli Qəhrəmanı Natiq QasımovunadınaolanMingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə səfərdə olanelm və təhsil naziri Emin Əmrullayevdeyib.

“Həm şəhidimizin ailə üzvləri ilə, həm də məktəb rəhbərliyi ilə birlikdə ən yaxın zamanda müvafiq qaydada qanunvericiliyin tələbinə uyğun olaraq şəhid Natiq Qasımovun xatirəsinin əbədiləşdirilməsi bu məktəbdə nəzərdə tutulub. Bilirsiniz ki, qanunvericiliyə görə həm müvafiq qaydada büstün qoyulması, həm də məktəbin həm girişi, həm sinif otaqları, həm də müxtəlif aidiyyəti hissələrində işlərin görülməsini planlaşdırırıq. Bu isə öz növbəsində şagirdlərin gələcəkdə məhz Natiq Qasımovun timsalında qəhrəmanlıq nümunəsində tərbiyə almasını və Azərbaycanın inkişafı üçün daha yaxşı hazırlanmasını təmin edəcək.”, - deyə nazir bildirib.

NE
Nihadə Eyyubova