Mərkəzi Nəbatət Bağı artıq əhali üçün açıqdır. Giriş qiymətləri 2013-cü ildə qəbul edilən qərara əsasən, hələlik əvvəlki kimi 2 manat təşkil edir. 6 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur. Maraqlıdır, Nəbatət bağına giriş qiymətləri artırıla bilərmi?
Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, şəhərin mərkəzində endemik və unikal ağacların olduğu Nəbatət bağı həm də şəhərə turistik nöqteyi-nəzərdən də bir gözəllik qatır: 
Giriş qiymətinin artması müvafiq qurumlara bağlıdır. Muzeylərə, mədəniyyət mərkəzlərinə giriş qiymətlərində artım olmuşdu. Nəbatə bağına giriş qiyməti də məqsədəuyğun hesab olunarsa, gələcəkdə artırıla bilər. Amma mən düşünürəm ki, yerli əhali, xüsusən də məktəblilər və tələbələr üçün qiymət artımı etməyə ehtiyac yoxdur. Çünki bura istirahət yeridir, əsasən. Yaşıllıqların əhatəsində, ağacların kölgəsində insanlar əyləşir, təmiz hava qəbul edir, təbiətdən zövq alırlar. Yaşlılar və azyaşlılar üçün Nəbatət bağı xüsusilə əvəzolunmaz məkandır. Çünki bu yaş kateqoriyalarındakı insanlar üçün təmiz hava, günəş işığı sağlamlıq baxımından çox vacibdir”.
Törə Zeynallı Demokrat.az


