Sosial

Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxdı - AÇIQLAMA - FOTO

Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxdı - AÇIQLAMA - FOTO

Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb.

Şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür.

“Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş “Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, – E.Qocayev deyib. (Oxu.az)

D
demokrat.az