Gündəm Özəl

“Qarabağa köçün təhlükəsizlik üçün əhəmiyyəti böyükdür” — Politoloq

“Qarabağa köçün təhlükəsizlik üçün əhəmiyyəti böyükdür” — Politoloq

Qarabağa köç davam edir. Cəbrayıla daha bir neçə məcburi köçkün ailəsinin geri qayıtması prosesi baş tutub. Köçün ölkəmizin gələcəyi üçün hansı əhəmiyyəti var?

Politoloq Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərə sakinlərin köçürülməsi təhlükəsizlik və sakinlərin öz ata-baba yurdlarına qayıda bilməsi baxımından əhəmiyyətlidir:

“Vətəndaşlarımızın həmin ərazilərə köç etməsi ölkəmizin təhlükəsizliyi üçün vacibdir. Həmin ərazilərdə yeni iş yerlərinin açılması sakinlərin öz ata-baba yurdlarına bağlılığını artıra bilər.

Gələcəkdə işğaldan azad olunan digər bölgələrə də köç davam edəcək. Köçün davam etməsi bölgənin iqtisadi-sosial inkişafına xidmət edəcək. Ölkəmizdə işsizliyin sayı azalacaq, büdcəyə əlavə gəlir gələcək”.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova