Hadisə

Goranboyda ağır qəza: Bir ailənin iki üzvü yaralandı

Goranboyda ağır qəza: Bir ailənin iki üzvü yaralandı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az unikal.az-a istinadən xəbər verir ki, qəza Qızılhacılı qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə nəticəsində Gəncə sakini olan bir ailənin iki üzvü - 1974-cü il təvəllüdlü Səlim Yusif oğlu Əliyev və 1963-cü il təvəllüdlü Nailə Yusif qızı Əliyeva müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

NE
Nihadə Eyyubova