Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" Azərbaycandakı müştəriləri üçün "Əfsanə günlər" kampaniyasına başlayır. İlin əfsanə endirimlərinin yer aldığı kampaniya 27 noyabr - 2 dekabr tarixlərini əhatə edəcək.
"Əfsanə günlər"də "Trendyol" istifadəçiləri elektronikadan mətbəx avadanlıqlarına, dəbli geyimlərdən şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda "Noyabr 25" kodu ilə 25 faizlik endirim fürsəti qazanacaq.Əlavə olaraq, alış-veriş həvəskarları seçilmiş məhsullarda 60 faizədək endirim əldə etməklə daha çox fürsətlərdən yararlana biləcəklər. Həmçinin, "Trendyol"un sevilən "Qazandıran çarx" və "Paylaş-Qazan" kampaniyaları da əlavə şanslar verməyə davam edəcək.
Kampaniya müddətində şirkət Bakı bulvarında, Azərbaycan Dövlət Kukla teatrının yaxınlığında - piyada keçidinin önündəki stendində müştərilərini qarşılayacaq və onlara əlavə endirim fürsəti qazandırmağa davam edəcək. Belə ki, "Trendyol" stendinin ziyarətçiləri təşkil olunmuş yarışlarda iştirak edərək 5 000, 2 000, 750, 500, 200 və 100 TL məbləğində endirim kuponları əldə edə biləcəklər.






