"Xalq Bank" biznes sahiblərinəözəl sərfəliavtokredit kampaniyasına start verir.
"Unikal"xəbər verir ki, kampaniyada "Autolux Azerbaijan"ın təqdim etdiyipraktik dizaynvə çevik performansı ilə biznes ehtiyaclarını qarşılayanFIAT Doblo və FIAT Ducato markalı avtomobillərisərfəli avtokredit şərtləriilə əldə etmək mümkün olacaq. Avtokreditillik 12 %-lə və48 ayadək müddətə təqdim edilir. İlkin ödəniş 20%-dən başlayır,kredit daşınmaz əmlakın girovu ilə əldə edildikdə ilkin ödəniş tələb olunmur.31.01.2025-ci il tarixədək qüvvədə olan kampaniyadan yalnız hüquqi şəxslər yararlana bilərlər.
Həmçinin, kampaniya çərçivəsində avrokreditdənyararlanan müştərilərə "Xalq Bank"dan 1 illikVisaPlatinum Businessödəniş kartı hədiyyə olunur.VisaPlatinum Businesskartı müxtəlif biznes ödənişlərinin aparılması, işgüzar səfərlərzamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını təqdim edir. Burayamüxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, sürətli keçid (Fast Track),peşəkar Visa konsyerj servisi və digər imtiyazlar daxildir.Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,https://www.xalqbank.az/rəsmi internet səhifəsindən,138 Çağrımərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


