Sosial

Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib

Sahil Babayev veteran pulunun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Demokrat.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.

NE
Nihadə Eyyubova