Gündəm

Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi

Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi

Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb. Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar.

Demokrat.az Manset.az-a istinadənxəbər verir ki, polkovnik-leytenant Ramil Səfərov ürək çatışmazlığından əziyyət çəkən Xəyyam Əhmədlinin yanına gedib. Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.

NE
Nihadə Eyyubova