Çin ABŞ-da keçirilən seçkilərdə respublikaçı Donald Trampın qələbəsindən sonra ABŞ-la münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmaqda davam etmək niyyətindədir.
Demokrat.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
"Bizim ABŞ-la bağlı siyasətimiz ardıcıldır və biz Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında nəzərdən keçirməyə və idarə etməyə davam edəcəyik", - deyə o, vurğulayıb.
Mao Ninqin sözlərinə görə,Pekin ABŞ xalqının seçiminə hörmətlə yanaşır.
Əfsanə Kamal Demokrat.az


