Dünya

Moldovadakı seçkilərdə Sandu qalib gəldi

Moldovadakı seçkilərdə Sandu qalib gəldi

Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz, rəqibi Aleksandr Stoyanoğlu isə 44,96 faiz səs toplayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Moldovanın Seçki Komissiyasının protokolların 98,92%-ni işlədikdən sonra dərc etdiyi ilkin nəticələrdə göstərilir.

Bildirilib ki, xarici ölkələrdəki bir neçə seçki məntəqəsində səslərin sayılması qalıb.

Moldovanın özündə protokolların 100%-i işlənib. Komissiyanın məlumatına görə, ölkə daxilində sakinlər əsasən 51,19% səs toplayan Stoyanoğluya səs veriblər. O, 36 bölgədən 19-da qalib gəlib. Sanduda isə bu göstərici 48,81 faizdir.

NE
Nihadə Eyyubova