Hazırda o, gələn həftə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün Donald Trampın adından keçirdiyi həyəcanlı seçki kampaniyaları ilə gündəmdədir. Saysız-hesabsız şirkət sahibi olan və son illərdə texnoloji inkişaflara yön verərək damğasını vuran məşhur milyarder, dünyanın ən varlı adamı olan İlon Maskın adı bu dəfə şəxsi həyatında maraqlı bir xəbərlə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, təxminən 270 milyard dollarlıq heyrətamiz sərvəti ilə dünyanın ən zəngin və ən güclü adamlarından birinə çevrilən İlon Mask 2021-ci ildə "Wall Street Journal"ın illik Direktorlar Şurası iclasındakı çıxışı ilə diqqət mərkəzinə düşüb.
"Düşünürəm ki, sivilizasiya üçün ən böyük risklərdən biri aşağı doğum səviyyəsi və sürətlə aşağı düşən doğum nisbətidir. Zəhmət olmasa rəqəmlərə baxın. İnsanların daha çox uşaqları olmasa, sivilizasiya dağılacaq, bu sözlərimi qeyd edin", deyə İlon Mask həmin vaxt bildirib.
Əslində, Mask bu illər ərzində, belə demək mümkünsə, bu məsələdə ən çox çalışanlardan biri olub. Belə ki, məşhur iş adamının keçmiş həyat yoldaşı, "Neuralink"in əməkdaşı Şivon Zilis və bir müddət eşq münasibəti yaşadığı məşhur müğənni Qraymsdan ən azı 11 övladı var.
Mask bir yanda satın aldığı X (Twitter) sosial media platformundan Donald Trampa dəstək tvitləri atarken, bir yandan da keçmiş arvadı və sevgililərinə, həmçinin 11 uşağına Austində - Texasda özü ilə birlikdə yaşamaları üçün 35 milyon dollarlıq nəhəng bir mülk satın alıb.
"Tesla"nın qurucusunun planlarını bilən dörd nəfər "New York Times" qəzetinə bildirib ki, İlon Mask İtaliyanın Toskana bölgəsində də dəbdəbəli evlərə bənzəyən 14.400 kvadratmetrlik malikanə alıb. Mənbələrə və ictimai qeydlərə görə, bu saray evinin düz arxasında altı otaqlı bir malikanə də var.
Maskın özünə yaxın şəxslərə ən kiçik uşaqları arasında vaxt planlaşdırmasını asanlaşdırmaq üçün iki övladının anasına bitişik mülklərdə yaşamasını istədiyini bildiridiyi iddia olunur. İş adamı həmçinin kiçik uşaqların bir-birinin həyatının bir hissəsi olmasını istəyir.
Mask ad çəkməsə də, ehtimal ki, söhbət onun son iki keçmiş sevgilisi - "Neuralink" əməkdaşı Şivon Zilis və müğənni Qraymsdan gedir. Çünki onlar məşhur milyarderin ən kiçik övladlarının son məlum analarıdır.
Mask və Zilisin 2 yaşlı Strider və Azure adlı əkizləri və adı məlum olmayan, lakin bu ilin əvvəlində dünyaya gəldiyi bildirilən üçüncü övladı var.
Məşhur müğənni Qraymsın milyarder iş adamından X AE A-XII adlı 4 yaşlı oğlu, Exa Dark Siderael adlı 2 yaşlı qızı və Texno Meçanikus adlı 2 yaşlı oğlu var.
Maskın ilk həyat yoldaşı Castin Maskdan da yetkin uşaqları var. 2000-2008-ci illərdə evlənən keçmiş cütlüyün 20 yaşlı əkizləri Qriffin və Vivian Mask, 18 yaşlı üçəm oğulları Kay, Sakson və Damian dünyaya gəlib. Onlar həmçinin 2002-ci ildə Nevada adlı körpəni hələ 10 həftəlik olarkən qəfil körpə ölümü sindromundan itiriblər.
Məlum olub ki, onun keçmiş həyat yoldaşı Casyin həmin kompleksə köçüb. Mask bütün uşaqlarını orada görməyi səbirsizliklə gözləyir.
"The New York Times" qəzeti 3 ildə Maskdan 3 uşaq dünyaya gətirən 38 yaşlı Zilisin övladları ilə birlikdə evlərdən birinə köçdüyünü yazıb.
Qrayms isə üç övladına görə İlonla qəyyumluq uğrunda mübarizəyə başladığı üçün indiyə qədər bunu etməkdən uzaq durub.





Jalə Demokrat.az


