Gündəm Özəl

"Əminəm ki, onlara qarşı bu əməli törədən şəxslər mütləq şəkildə cəzalandırılacaqlar” — AÇIQLAMA

Əminəm ki, onlara qarşı bu əməli törədən şəxslər mütləq şəkildə cəzalandırılacaqlar” — AÇIQLAMA

Bir müddət öncə "Wikipedia"dan Vətən müharibəsi şəhidləri haqqında məlumatlar silindi. Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib ki, bunu edənlərə qarşə ciddi mübarizə aparılmalıdır. S.Novruzovun sözlərinə görə indi də şəhidlərin adının Türkiyə “Wikipedia”sından çıxarılması ilə bağlı müraciət ediblər. Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər. Deputat aidiyyəti qurumların bu işlə məşğul olmalı olduğunu deyib.

“Qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilərmi?! Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib. Aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar. Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”, deyə Komitə sədri vurğulayıb.

Məsələyə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında münasibət bildirib. İ.Orucov qeyd edib ki, Vətən müharibəsi şəhidlərinə qarşı edilən bu hərəkət qəbuledilməzdir:

“Siyavuş Novruzovun fikirlərinə qatılıram. Şəhidlər bizim baş tacımızdır, canları, qanları bahasına torpaqlarımızın azad edilməsinə, suverenliyimizin bərpasına nail olmuşuq. "Wikipediadan onların məlumatlarının silinməsi hamımıza qarşı bir xəyanətdir. Onlara qarşı edilən bu hörmətsizlik bu əməlin sahiblərinin həm də Azərbaycan dövlətinə, xalqına olan münasibətindən xəbər verir. Bu əməlin adekvat bir cəzası olmalıdır. Düşünürəm ki, aidiyyəti qurumlar bunu edənləri cəzalandıracaq, kimliyindən asılı olmayaraq. Bütün hallarda bu hərəkətin adı cinayətdir. Şəhidlər bizim dəyərimizdir, əminəm ki, onlara qarşı bu əməli törədən şəxslər mütləq şəkildə cəzalandırılacaqlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova