Rusiya Xarici İşlər Nazirliyi öz saytında bildirib ki , sanksiyaların bir hissəsi olaraq əlavə 131 Avstraliya vətəndaşının Rusiya Federasiyasına qeyri-müəyyən müddətə girişi bağlanıb.
Demokrat.az xəbər verir ki, söhbət bu ölkədə anti-Rusiya gündəmi formalaşdıran hərbi sənaye kompleksinin nümayəndələri, jurnalistlər və ictimai xadimlərdən gedir.
“Rusiyanın sanksiyalar siyahısının yenilənməsi üzrə işləri davam etdiriləcək”, - deyə mesajda deyilir.
Vebsayt həmçinin yeni məhdudiyyətlərə məruz qalan Avstraliya vətəndaşlarının tam siyahısını təqdim edir.
Oktyabrın əvvəlində Avstraliya üç Rusiya vətəndaşına Evil Corp haker qrupu ilə əlaqəyə görə sanksiya tətbiq edib.
Mehriban Mirzəzadə Demokrat.az


