Bakının Nərimanov rayonunda ticarət mərkəzinin qarşısında odlu silahla qətl törətməkdə təqsirli bilinən İsmayıl Allahverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmə hazırlıq iclasının vaxtı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, məhkəməsinin hazırlıq iclası noyabrın 7-ə təyin edilib.
Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Camal Ramazanovun icraatına verilib.
İsmayıl Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib.
İttihama görə, hadisə bu ilin iyunun 26-sı qeydə alınıb. Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi "Metropark" ticarət mərkəzinin önündə güllələyib.
İttihama görə, Tural Kosayevin yanında qız da olub. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir edib . Mübahisədən sonra o, qaçmağa başlayıb, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açıb. Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Qeyd edək ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.
Bundan başqa, İsmayıl Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Fariz Məlikli Demokrat.az


