Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçiriləcəyi parlament binasına xüsusi təyinatlılar yerləşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Hökumət Evinin həyətində də görüntülənib. Parlament binası qarşısında vəziyyətin sakit olduğu qeyd edilir.
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək verməlidir.
Mehriban Mirzəzadə Demokrat.az


