Diyarbəkirdə itdikdən 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətlində ilk məhkəmə prosesi gözlənilərkən, qardaşı Baran Gürandan diqqət çəkən paylaşımlar gəlib.
Demokrat.az xəbər verir ki, o, həbs olunan anası Yüksel Güran, qardaşı Enes Güran və Narinin də olduğu paylaşımlarını 45 dəqiqədən sonra silib.
Baran Güran ilk paylaşımında anası üçün darıxdığını dilə gətirərək yazıb: "Nə deyirlər desinlər, canım ana, sənin övladını heç kim məhv edə bilməz. Sənin üçün çox darıxıram. Yenidən dünyaya gəlsəydim, yenə sənin övladın olmaq istərdim, əziz anam".
Ömürlük həbsi istənən qardaşı Enes Güranın fotosunu ikinci paylaşımda paylaşan Baran Güran yazıb: "Sənə böhtan atanlar utansın, aslanım. Başın həmişə dik olsun".
Öldürülən kiçik bacısı Narinlə fotosunu üçüncü paylaşımında paylaşan nazir Baran Güran "Saçının telinə zərər gəlsə, dünyanı məhv edəcək anasına, qardaşlarına qatil dediniz. Mən sizləri Allaha həvalə edirəm" yazıb.
Baran Güran həbsdə olan əmisi Salih Güranla bağlı paylaşım etməyib.

Jalə Demokrat.az


