Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən manyak peyda olub.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, hadisə 11 nömrəli avtobusda baş verib.
Belə ki, yaşlı kişi sərnişinlərin qarşısında qeyri-etik hərəkətlər edib.
***
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov münasibət bildirib:
“Görüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılmış, şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olması müəyyən edilib.
Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin edilmişdir”.


