Dünya Özəl

Gürcüstanda seçki məntəqələrinin birində dava düşüb

Gürcüstanda seçki məntəqələrinin birində dava düşüb

Gürcüstanda parlament seçkiləri çərçivəsində açılan seçki məntəqələrindən birində dava düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Anna Tsitlidze “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisəZuqdidi şəhərində baş verib. Siyasətçi bildirib ki, davanın təşəbbüskarı ölkənin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının fəalı Giorgi Djikiya olub. Həmin şəxs ərazidə işləyən müşahidəçilərə hücum edib.

Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova