Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Demokrat.az bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev həm işəgötürənlərə, həm də işsiz şəxslərə yönəlmiş məşğulluq tədbirləri barədə məlumat verib. Bildirilib ki, media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatlarıvakansiya bankına daxil etmələri qısa zaman ərzində uyğun namizədlərin münasib vakansiyalara yönləndirilməsinə və işəgötürənlərin ehtiyaclarının ödənməsinə gətirib çıxarır. Həmçinin görüşdə il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək məqsədiləbirgə maliyyələşməproqramının icrası,peşə hazırlığıistiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra Media Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində işəgötürənlərə dəstək məqsədilə imzlanan çoxtərəfli əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər barədə məlumat verib. Media subyektlərində kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Məşğulluq tədbirləri istiqamətində media subyektləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


