Hadisə

İsmayıllıda avtomobil agaca çırpılıb, 2 nəfər xəsarət alıb

İsmayıllıda avtomobil agaca çırpılıb, 2 nəfər xəsarət alıb

İsmayıllıda avtomobil qəzası olub.

Hadisə İsmayıllı-Qaraməryəm avtomobil yolunda, Quşencə kəndi ərazisində baş verib.“Mercedes” markalı avtomobil yoldan çıxaraq agaca çırpılıb. Hadisə nəticəsində sürücü 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu və sərnişini 1997-ci il təvəllüdlü Fərmanlı Qorxmaz Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

NE
Nihadə Eyyubova