Aİ Rusiyaya sanksiyaları sərtləşdirmək qərarına gəliblər. İki ildən çoxdur ki, davam edən sanksiyaların nəticəsi necə oldu?Sanksiyaların sərtləşdirilməsi Rusiyaya necə təsir edir?
Məsələni Demokrat.az-a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar proqnozlaşdırılan səmərəni vermədi. Bunun bir sıra səbəbləri var. Aİ ilə Rusiya arasında müqavilələrin müddəti fərqlidir. Müharibə iki ildən çoxdur ki, davam edir. 2025-2030-cu illərə qədər davam edəcək müqavilələrvar:
"Rusiya daha çox neft-qaz hasilatından gələn gəlir hesabına iqtisadiyyatını ayaqda saxlayır. Digər yandan sanksiyaların icrasına nəzarət mexanizmi, sanksiyalara əməl etməyən ölkələrə cəza mexanizmi mövcud deyil. Amma ötən iki il ərzində tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatına ciddi təsir göstərib. Rusiya texnoloji vasitələri istehsal etmək imkanlarını itirir. Fikrimcə, bu məsələlərdə Rusiyaya ən çox Çin və Hindistan yardım edir. Çünki Rusiyadan ən çox energetika daşıyıcısı və neft-qaz alan bu iki dövlətdir.Sanksiyaların heç biri Rusiyanı yolundan çəkindirmədi. Əksinə, Ukraynada əməliyyatları genişləndirir. Əməliyyatların genişləndirilməsi Ukrayna üçün yeni qurbanlar deməkdir. Başqa sözlə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar münaqişənin başa çatmasına hələki təsir göstərə bilmir"
Mehriban Mirzəzadə Demokrat.az


