Gündəm Özəl

Dezinformasiyaların yayılması ilə bağlı ölkəmizdə konkret sanksiyalar yoxdur — Vəkil

Dezinformasiyaların yayılması ilə bağlı ölkəmizdə konkret sanksiyalar yoxdur — Vəkil

COP29 tədbirinin ölkəmizdə keçiriləcəyi ilə bağlı xəbərin çıxması ilə dezinformasiyaların yayılması bir oldu. Yalan xəbərlər təkzib edildi. Bu cür dezinformasiyaların yayılmasında rolu olanlar məsələdən necə nəticə çıxaracaq?

Vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, dezinformasiyaların yayılması ilə bağlı ölkəmizdə konkret normalar və sanksiyalar olmasa da əlaqəli bəzi müddəalar təsbit olunub.Bəzi ölkələrdə isə dezinformasiyalarının yayılmasına qarşı mübarizəni nəzərdə tutan normativ hüquqi aktlarvə normalar qəbul olunub.Məsələn, Türkiyə Böyük Millət Məclisi, Türk Cəza Qanununa edilən dəyişikliyə görə, ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayişi və ümumi sağlamlığı ilə bağlı ictimaiyyət arasında narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə ictimai asayişi pozmağa yönəlik şəkildə ictimaiyyət arasında yalan məlumat yayan- yəni dezinfarmasiya yaymaqda təqsirli bilinən şəxslərin şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutan "Dezinformasiya Haqqında" qanun layihəsini qəbul edib.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova