Ölüm xəbəri yayılan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin harada dəfn olunacağı açıqlanıb.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, təşkilatın keçmiş kəşfiyyat hesabatlarına əsasən Gülən Pensilvaniyada dəfn olunacaq.
Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.
Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, "qürbətçi məzarlıq" adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.
Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.
***09:19
FETÖ terror təşkilatının lideri, terrorçu Fətullah Gülənin ölüm xəbəri paylaşılıb.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, terror təşkilatına yaxın saytlar onun həyatını itirdiyini açıqlayıb.
Onun aparıldığı xəstəxanada öldüyü qeyd edilir.
Xatırladaq ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərdə Fətullah Gülənin ağlını itirdiyi iddia edilmişdi.
Yaxın saatlarda onun ölümü ilə bağlı rəsmi məlumat veriləcəyi bildirilir.



