Sosial

Sabiq rektorun professor qardaşı vəfat etdi

Sabiq rektorun professor qardaşı vəfat etdi

Riyaziyyat üzrə elmlər doktoru, professor Polad Qəhrəmanov vəfat edib.

O, 75 yaşında dünyasını dəyişib.

Polad Qəhrəmanov Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndindəndir. O, 2017-ci ilə qədər Sumqayıt Dövlət Universitetinin Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri olub.

Qeyd edək ki, Polad Qəhrəmanov Sumqayıt Dövlət Universitetinin sabiq rektoru Nadir Qəhrəmanovun qardaşıdır.(modern.az)

NE
Nihadə Eyyubova