84 yaşlı aktyor Al Paçino 70 yaşında ikən fırıldaqçı mühasibin ucbatından bütün pullarını itirdiyini xatırladıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Variety"nin dərc etdiyi "Xaç atası" ulduzunun xatirələrində qeyd edilir.
Al Paçinonun sözlərinə görə, ona xəbərdarlıq edilib ki, mühasibə etibar etmək olmaz. Lakin əvvəlcə aktyor bu sözlərə heç bir əhəmiyyət verməyib. Ancaq o, bir neçə böyük xərc çəkdikdən sonra şəxsi maliyyəsini araşdırmaq qərarına gəlib və aldadıldığını bilib.
"50 milyon dollarım var idi, sonra heç nə qalmadı. Mülküm var idi, amma pul yox idi. Zaman dayanırdı. Mən tamamilə müflis olmuşdum". deyə sənətçi bildirib.
Al Paçino əlavə edib ki, onun o vaxtkı mühasibi dələduzluq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, aktyor özünün böyük xərcərindən də danışıb. Bildirib ki, yaşamadığı evdə işləmək üçün hər il landşaft dizaynerinə 400 min dollar ödəyib.
"O vaxt mən artıq gənc deyildim və əvvəlki kimi çəkilişlərdə pul qazana bilmirdim. Adət etdiyim böyük ödənişlər artıq mövcud deyildi. Özümə rollar tapmaq mənim üçün çətinləşdi", deyə aktyor bildirib.
Al Paçino sırf pul qazanmaq və reklamlarda rol almağa başlamaq üçün istənilən rola razılıq verməli olub. Buna görə də aktyor xatırladıb ki, o, "Belə fərqli əkizlər" komediyasında oynayıb və qəhvə reklamında iştirak edib. Al Paçino evini satıb kollec və universitetlərdə seminarlar verməyə başlamalı olduğunu da deyib.
Jalə Demokrat.az


