"Azərbaycan prinsip etibarilə Qərbi Zəngəzurdan keçən nəqliyyat yolunda təhlükəsizliyin təmin olunmasını istəyir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yaxşı olardı ki, iki ölkənin rəhbəri arasında müzakirə edilərək qərar verilsin".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Ekspertin sözlərinə görə, üçüncü bir tərəfin olması sülh müqaviləsinə təsir edən amildir.
"Bölgəyə hansı ölkə nəzarət edəcəksə, fikirimcə, bəzi prinsipial məqamlar razılaşdırılmalıdır. Ermənistanla münasibətlərin normallaşmadığı bir vaxtda düşünürəm ki, qarşılıqlı nəzarətin həyata keçirilməsi daha yaxşı olar. Rusiya əvəzinə Azərbaycanla Ermənistanın birgə nəzarət mexanizmi yaradılsa, daha effektiv olar. Hər bir halda qəbul ediləcək qərar Azərbaycan maraqlarına uyğun olmalıdır. Daha bir məsələ Qərbin razılığıdır. Ermənistan bu məsələdə nə desə də Qərbin təsir dairəsindən çıxa bilməz".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh qovşağı" konfransında Sünik (Qərbi Zəngəzur) vilayətindən keçən nəqliyyat yoluna nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini bildirib.
Törə Zeynallı Demokrat.az


