Dünya

Türkiyədə hava limanına ildırım düşdü: Yaralanan var

Türkiyədə hava limanına ildırım düşdü: Yaralanan var

Türkiyənin Rizə-Artvin hava limanına ildırım düşüb.

Demokrat.azaxar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Rizə-Artvin-İstanbul reysi havaya qalxmazdan əvvəl hava limanına ildırım düşüb. İldırım vurması nəticəsində təyyarənin göyərtə operatoru huşunu itirərək yıxılıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, davam edən ildırım çaxmaları səbəbindən hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

D
demokrat.az