Dünya Özəl

Rus dilində mahnı ifa edənlər saxlanıldı

Rus dilində mahnı ifa edənlər saxlanıldı

Odessada yerli sakinlər küçə musiqiçisinin rus dilində mahnılar ifa etməsindən qəzəblənib və polisə zəng vurublar.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazır.

Hadisə Deribasovskaya küçəsində baş verib. “Cinayət yerinə” gələn polis ifaçılarla qabaqlayıcı söhbət aparıb.

Onun həbsi ilə bağlı heç bir məlumat verilməyib. Konsert yarımçıq saxlanılıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova