Biznes

Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib

Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu möhkəmləndirib.

Belə ki, Bankötən ilin analoji dövrü ilə müqayisədəbütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

✅Bankın aktivləri15% artaraq2,2milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

✅Bankın məcmu kapitalı38% artaraq206,7milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.

✅Bankın kredit portfeli25% artaraq1,4milyard manata çatıb.

✅Bankın depozit portfeli12% artaraq1,3milyard manat təşkil edib.

✅Bankın xalis faiz gəlirləri30%-dən çox artaraq109,43milyon manata çatıb.

✅Bankın xalis əməliyyat mənfəəti46%-dən çox artaraq52,1milyon manata çatıb.

✅Bankın xalis mənfəəti53% artaraq39,2milyon manat təşkil edib.

✅I dərəcəli kapitalın adekvatlıq əmsalı– 9,58% (norma 6%)

✅Məcmu kapitalın adekvatlıq əmsalı– 13,66% (norma 12%)

✅Leverec əmsalı– 6,68% (norma 5%)

Bank Respublika1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı bankın rəsmisaytında,facebook,instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

NE
Nihadə Eyyubova