İdman

Oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdılar – FOTOLAR

Oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdılar – FOTOLAR

I Divizionda VII turun oyunları çərçivəsində reallaşan “Kəpəz” – “Qarabağ-2”oyunu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi komandası görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

Demokrat.azxəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən Gəncə klubunun futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıblar. Meydançada isə böyük ölçülü üç rəngli bayrağımız açılıb.

Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib.

Demokrat.az

D
demokrat.az