Kriminal

Gədəbəydə kişi meyiti tapıldı

Gədəbəydə kişi meyiti tapıldı

Gədəbəy sakini müəmmalı şəraitdə ölüb.

Demokrat.az xəbər verir ki, rayonun İnəkboğan kənd sakini olan 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.

Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlər olması müəyyənləşib.

Hadisə ilə bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova