Gündəm Özəl

Azərbaycan ABŞ-ın erməni layihəsini birdəfəlik sıradan çıxarıb — Politoloq

Azərbaycan ABŞ-ın erməni layihəsini birdəfəlik sıradan çıxarıb — Politoloq

"ABŞ-da və bəzi Qərb siyasi dairələrində Azərbaycana qarşı qəzəb müşahidə edilir. Bu qəzəbin davamı olaraq onlar Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Bu ona görədir ki, Azərbaycan ABŞ və Qərbin birbaşa Cənubi Qafqaza təsir edən erməni layihəsini birdəfəlik sıradan çıxarıb".

Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib:

"Eyni zamanda Qərbin və ABŞ-ın razılığı olmadan Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Təzyiq göstərərək, ABŞ-ın maraqlarına uyğun olaraq Cənubi Qafqazda regional situasiya yaratmağa cəhd edirlər. Ancaq rəsmi Bakı bütün imkanları çərçivəsində buna müqavimət göstərir. Azərbaycanın Qərbdən və ABŞ-dan gələn absurd təzyiqlərə qarşı geri çəkiləcəyi inandırıcı deyil. Bakının mövqeyi qətiyyətlidir. Azərbaycanın maraqları ön planda tutulur. Böyük ehtimalla ABŞ-da keçiriləcək prezident seçkilərindən sonrayadək bu münasibətlər gərgin şəkildə qalacaq. Ondan sonrakı dövrdə yeni hakimiyyət sistemi gəlsə, ABŞ-ın Cənubi Qafqaz planlarında müəyyən dəyişiklik ola bilər. Hətta, yeni prezident Bayden adminstrasiyanın təmsilçisi olan Kamala Harris olsa belə. Ancaq erməni diasporasının imkanları da nəzərə alınmalıdır. Onlar ABŞ kimi böyük dövlətə təzyiq etməyi bacarırlar. Azərbaycan isə bu baxımdan fikrində qətiyyətlidir".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova