"Rusiyaya səfər ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın ayrı-ayrılıqda Rusiya rəhbəri Vladimir Putinlə görüşləri nəzərdə tutulub. İki ölkə arasında müəyyən danışıqların olacağı da gözlənilir".
Bu barədəDemokrat.az-a politoloq Tural İsmayılov danışıb. O bildirib ki, son dövrlərdə Ermənistan Qərbin siyasi insitutları və imperialist dairələri tərəfindən Azərbaycan əleyhinə kütləvi şəkildə qızışdırılır:
"Ermənistan hücum silahları ilə silahlandırılır. Təbii ki, bütün bunlar Cənubi Qafqaz regionuna böyük problemlər gətirir. Artıq Avropa formatlı görüşlər öz formatını itirir. Əgər bu gün ABŞ konqresmenləri dövlət katibinin təzyiqləri ilə Azərbaycana qarşı sanksiya çağırışları edirsə, AŞPA və Avropanın bəzi qurumları tamamilə erməni yalanlarının təsiri altındadırsa bu görüşlərə Qərbin moderatorluq etmək şansını olur. Rusiya bu halda platforma kimi ortaya çıxmış olur. Bir halda MDB sammitinə hər iki ölkənin rəhbərləri qatılırsa, Ermənistanın səbəb olduğu problemlərin aradan qaldırılması üçün tək görüş və fikir mübadiləsi aparılması önəm daşıyır".
Mehriban Mirzəzadə Demokrat.az


