“Azadlıq” qəzetinin rəsmi feysbuk səhifəsində Mərəzədə yol polisinin əməkdaşlarının sürücüyə qarşı zorakı davranışları və vəzifəsindən sui-istifadə etməsi ilə bağlı video paylaşılıb.
Belə ki, İlkin və Faiq polislər Yol Təmiri İdarəsinin sürücüsünə əməlli-başlı zor tətbiq edərək, onu məcburi halda polis avtombilinə otuzdururlar.
Bu paylaşıma saysız-hesabsız şərhlər gəlməkdədir. Onlar arasında bir nəfər də var ki, illər boyu qanunsuz əməlləri ilə, “avtoş” kimi daha populyarlıq qazanıb. Bu şəxs sıradan bir insanın oğlu və ya qohumu deyil. Həmin kəs keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdur. O, yazdığı şərhlə polisləri təhqir edir və haqqı tapdalanan vətəndaşa bir növ arxa çıxır.


