Şou-biznes

"Mənə olmaz desəydi, evdə oturardım"

Mənə olmaz desəydi, evdə oturardım

"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçihəyat yoldaşının ona qadağa qoymadığını bildirib:

"Mən elə yaşayıram ki, qadağalaraehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan.Olmazdesəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o mənidəstəkləyir".

Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanıniki qız övladı var.

NE
Nihadə Eyyubova