Gündəm Özəl

Beynəlxalq Kitab Sərgisində 90 faiz kitab endirimi

Beynəlxalq Kitab Sərgisində 90 faiz kitab endirimi

“Bakı Beynəlxalq Kitab Sərgisində 90 faiz kitab endirimi vəd edirik. Fikrimcə, bu, sevindirici haldır. Sərgiyə gəlmək istəyənlər bu məqamı diqqətdə saxlasınlar”. Bunu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında tanınmış naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu söyləyib.

Ş.Xuduoğlunun sözlərinə görə Azərbaycan kitab oxuyanların sayına görə Avropa ölkələrindən geridə qalır:

“Statistikaya görə Azərbaycanda əhalinin 99 faizi təhsil alır. Amma bunun içində kitab oxuyanlar cəmi 5 faiz təşkil edir. Bu 5 faizi təşkil edən insanların əksəriyyəti ildə 12 səhifə kitab oxuyur, amma insan ildə 12 kitab oxumalıdır normal olaraq. Norveç, Almaniya, Danimarka kimi Avropa ölkələrində isə əhalinin 70-80 faizi kitab oxuyur. Kitab oxumaq mədəniyyət göstəricisidir. Kitab sərgilərilərinin keçirilməsi mühüm mədəniyyət hadisəsidir. Azərbaycanda ildə 2-3 min kitab nəşr olunur, amma bu say 10 min olmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova